Futbolçumuz intizamsızlığa görə əsas heyətdən kənarlaşdırıldı

"Spartak"ın futbolçusu Ayaz Quliyev "Spartak-2"yə göndərilib.

Sportline.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Onun əvəzinə əsas komanda ilə Konstantin Şilçovun məşq edəcəyi bildirilib.

"Sport- Ekpress" yazıb ki, 23 yaşlı yarımmüdafiəçi intizam qaydasını pozduğu üçün əvəzedici komandaya göndərilib. Belə ki, azərbaycanlı futbolçu "Spartak"ın məşqçi qərargahının üzvləri ilə nəzakətsiz danışıb.

Qeyd edək ki, A. Quliyev bu mövsüm Rusiya Premyer Liqasında 11 matçda oynayıb.