Futbolçumuz Türkiyə klubunda - RƏSMİ

“Keşlə” klubundan ayrılan Vüsal İsgəndərli karyerasını Türkiyədə davam etdirəcək.

Sportline.az xəbər verir ki, millimizin 26 yaşlı yarımmüdafiəçisi “Keçiörengücü” klubu ilə müqavilə imzalayıb.

Bu barədə Ankara təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Türkiyə klubu Vüsal ilə 3 illik sözləşmə imzalayıb.

2019-cu ildən “Keşlə”də çıxış edən Vüsal Azərbaycan milli komandası ilə də 3 oyuna çıxıb.

“Keçiörengücü” Türkiyənin 1-ci liqasında mübarizə aparır.