Futbolçumuz yaşıl meydana qayıtdı

Millimizin futbolçusu Rüfət Dadaşovun çıxış etdiyi ABŞ-ın "Finiks Rayzinq" klubu, məşqləri bərpa edib.
 
Sportline.az  klubun "Facebook" səhifəsinə istinadən xəbər verir ki, komanda hazırlığa kiçik qruplar şəklində başlayıb.
 
Məşqdən öncə oyunçuların hərarəti yoxlanılıb. Hazırlıq prosesinə Dadaşov da qatılıb. O, digər futbolçularla birgə fiziki və toplu çalışmaları yerinə yetirib.
 
Qeyd edək ki, Rüfət Dadaşov "Finiks Rayzinq"ə bu ilin yanvarında Almaniyanın "Proyssen" klubundan keçib. ABŞ-da MLS və USL çempionatları martın 13-də dayandırılıb.