Futbolçumuzun komandasında kritik durum

Millimizin üzvü Araz Abdullayevin formasını geyindiyi Türkiyənin "Boluspor" klubunda koronavirusa yoluxanların sayı artıb.

Sportline.az klubun rəsmi tvitter səhifəsinə istinadən xəbər verir ki, klubda 5 oyunçu, 1 məşqçi və 3 işçinin testi müsbət nəticələnib.

Beləliklə, 8 futbolçu, 1 məşqçi, 1 tibb işçisi və klubun 4 əməkdaşının koronavirus səbəbindən karantində olduğu açıqlanıb.

Qeyd edək ki, Araz Abdullayev millinin 3 oyun üçün hazırkı təlim-məşq toplanışına çağırılmayıb.