Futbolçunun sevgilisini öldürdülər

"Ayaks"ın gənc futbolçusu Mark Verkeylin sevgilisini avtomobillə vurararaq öldürüblər.

Sportline.az xəbər verir ki, bu haqda ESPN məlumat yayıb.

Hadisə Ede və Venendal şəhərləri arasındakı yolda baş verib. 

Qaçış zamanı avtomobillə vurulan 21 yaşlı qadın aldığı zədələrdən xəstəxanada keçinib.

Səbəbkar - 54 yaşlı qadın sürücü hadisə yerindən qaçsa da, polis tərəfindən saxlanılıb.