Futbolda videotəkrar sistemindən istifadə olunacaq
FİFA prezidenti Canni İnfantino yaxın gələcəkdə videotəkrar sistemindən istifadə olunacağını deyib. SportLine.az "Blick" nəşrinə istinadən xəbər verir ki, ali futbol qurumu artıq bunun reallaşması üçün işlərə başlayıb.
Bu barədə açıqlama verən İnfantino: "1904-cü ildə yaşamırıq. Əlimizdə texnoloji inkişaf nəticəsində əldə olunan imkanlar var. Bəzən, hakimlər oyunun nəticəsinə təsir edən səhvlərə yol verirlər. Videotəkrar sistemi daha ədalətli nəticələrin qeydə alınmasına kömək edəcək", - deyə bildirib.
Qeyd edək ki, bu sistemin ilk dəfə sentyabrın 1-i, İtaliya - Fransa yoldaşlıq görüşündə sınaqdan keçirilməsi planlaşdırılıb.