Futzal üzrə Azərbaycan çempionu müəyyənləşdi
Futzal üzrə Azərbaycan çempionunun adına aydınlıq gətirilib.
Sportline.az xəbər verir ki, XXII turda EKOL üzərində 5:2 hesabı ilə qələbə çalan "Araz” qızıl medalları erkən təmin edib. Bu qələbə sayəsində xalını 55-ə çatdıran Naxçıvan təmsilçisi ən yaxın izləyicisi 37 xala malik "Marafon Futsal” üçün əlçatmaz olub.
Düzdür, mövsümün başa çatmasına 6 tur qalmış "Marafon Futsal”ın nəzəri cəhətdən "Araz”la xallarını bərabərləşdirmək imkanı var. Lakin Joze Alesio Da Silvanın rəhbərlik etdiyi kollektiv şəxsi oyunlarda üstün olduğu üçün liderliyini əldən verməyəcək.
Qeyd edək ki, bu,"Araz”ın 13-cü ölkə çempionluğudur.