Gehi Mançester klubuna keçə bilər
“Kristal Pelas”ın ingiltərəli stopperi Mark Gehi “Mançester Yunayted”in transfer siyahısında yer alır.
Sportline.az “Mail Sport”a istinadən xəbər verir ki, Ruben Amorim 25 yaşlı mərkəz müdafiəçisinin transferini rəhbərliktən tələb edib.
Gehinin London klubu ilə sözləşməsi 2026-cı ilin iyun ayına qədərdir.
Qeyd edək ki, sözügedən futbolçu bu mövsüm meydana çıxdığı 18 matçda 1 qol, 3 asistlə yadda qalıb.