Gehi Mançester klubuna keçməyə müsbət yanaşır
“Kristal Pelas”ın mərkəz müdafiəçisi Mark Gehi yayda “Mançester Siti”yə keçməyə yaxındır.
Sportline.az jurnalist Poul Hirstin məlumatına istinadən xəbər verir ki, 25 yaşlı stopper azad agent kimi “şəhərlilər”in düşərgəsinə qoşulaşacaq.
İngiltərə millisinin liderlərindən sayılan Gehi “Mançester Siti”yə keçməyə müsbət yanaşır.
Qeyd edək ki, sözügedən futbolçu cari mövsüm çıxış etdiyi 25 matçda 2 qol, 4 asistlə yadda qalıb.