Gehi "Real"ı istəyir
"Kristal Pelas"ın mərkəz müdafiəçisi Mark Gehi "Real Madrid"ə transfer olmaq istəyir.
Sportline.az xəbər verir ki, bu haqda "The Sun on Sunday" nəşri məlumat yayıb.
25 yaşlı stopper gələn ilin yayında azad agent statusunda olacaq.
Qeyd edək ki, M.Gehi cari mövsüm meydana çıxdığı 17 matçda 1 qol, 2 asistlə yadda qalıb.