"Gələcəkdə önəmli titullar uğrunda mübarizə apara bilərik”

"Çelsi" klubunun baş məşqçisi Enzo Mareska transferlər xərclənən pullar haqqında danışdı. 

Sportline.az "Sky Sports"a istinadən xəbər verir ki, italyan mütəxəssis komandasının nəticələri haqqında bu sözləri dedi:

"Bura gəldiyim gündən bəri digər klublardan daha çox pul xərclədiyimizi düşünmürəm, sadəcə eyni miqdarda puldur.

"Amma biz önəmli bir şey qururuq. İnsanlar bizə güvənməlidir. Klub yaxşı işləyir və ümid edirəm ki, gələcəkdə önəmli titullar uğrunda mübarizə apara bilərik”.