Gəncədə velosiped üzrə Azərbaycan çempionatı keçirilir

Gəncə şəhərində çoxgünlük ötüşmələr üzrə velosiped çempionatı başlayıb.

Sportline.az xəbər verir ki, ötüşmələr üzrə Azərbaycan çempionatı Gənclər və İdman Nazirliyinin, Azərbaycan Velosiped Federasiyasının təşkilatçılığı, İcra Hakimiyyətinin, Gənclər və İdman Baş İdarəsinin dəstəyi ilə təşkil olunub.

Çempionata peşəkar idmançılarla yanaşı, həvəskar velosipedçilər də qatıla bilər.

Bu gün Heydər Əliyev Park - Kompleksinin ərazisində yerləşən Zəfər Tağının qarşısından start götürən çempionat 4 mərhələdən ibarətdir və oktyabrın 9-na qədər davam edəcək.