"Gənclər üçün krizis telefon xətti" bərpa edildi

Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Gənclər üçün krizis telefon xətti yenidən öz fəaliyyətini bərpa edib.
 
Bu barədə Sportline.az saytına nazirliyin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova bildirib.
 
Artiq 14 ildir ki, bu sahədə təcrübəsi olan krizis telefon xətti psixoloji böhran, ailə münasibətlərində gərginlik, depressiya, qorxu hissi yaşayan hər kəs üçün yardımçı ola bilər.
 
Pulsuz olaraq fəaliyyət göstərəcək bu xidmətə (012) 510 66 36 edilən hər bir zəngin anonimliyi qorunacaq. Zənglər həftə içi (6 gün), saat 10.00-17.00 arası qəbul ediləcək.