Gimnastlarımız 2-ci Avropa Oyunlarına vəsiqə qazanıblar

Gimnastlarımız Polşanın Şçeçin şəhərində idman gimnastikası üzrə Avropa Çempionatında çıxışlarını başa vurublar.
 
Sportline.az xəbər verir ki, 38 ölkənin qatıldığı idman gimnastikası üzrə Avropa çempionatında ölkəmizi 4 gimnast təmsil edib. Qitə birinciliyində kişilər arasında Murad Ağarzayev, Nikita Simonov, İvan Tixonov, qadınların yarışında isə Marina Nekrasova mübarizə aparıb.

Millimizin 2 üzvü çempionatın çoxnövçülük finalına vəsiqə qazanıb. Həlledici mərhələdə 48.465 xal toplayan Marina Nekrasova 23-cü yeri tutub. Gimnastımız bu nəticə ilə bu il Minskdə 2-ci Avropa Oyunlarına lisenziya qazanıb.

2-ci Avropa Oyunlarına lisenziya qazanan digər idmançımız isə İvan Tixonovdur. Gimnastımız Avropa çempionatının final mərhələsində 78.665 xalla 21-ci pillədə qərarlaşıb. Qeyd edək ki, II Avropa Oyunları iyunun 21-dən 30-adək davam edəcək.