Girassi Səudiyyə Ərəbistanı klubunun təklifini rədd edib
Səudiyyə Ərəbistanı klubu "Əl-Hilal" "Borussiya Dortmund"un afrikalı futbolçusu Serho Girassi üçün təklif göndərib.
Sportline.az jurnalist Patrik Bergerin məlumatına istinadən xəbər verir ki, 29 yaşlı forvard bu təklifi rədd edib.
Oyunçu Almaniya klubunda xoşbəxt olduğunu açıqlayıb.
Qeyd edək ki, Girassi ötən mövsümü 50 matçda 38 qol 6 asistlə tamamlayıb.