Girassinin transfer qiyməti açıqlanıb
"Borussiya Dortmund" afrikalı forvardı Serho Girassinin transfer qiymətini açıqlayıb.
Sportline.az xəbər verir ki, Almaniya klubunun rəhbərliyi 29 yaşlı futbolçu üçün 50 milyon avro tələb edir.
Bu haqda "Sport Bild" nəşri məlumat yayıb.
Girassi ilə "Real Madrid", "Barselona", "Mançester Yunayted", "Arsenal", "Çelsi", "Liverpul" və "Mançester Siti" klubları yaxından maraqlanır.
Qeyd edək ki, Gine millisinin üzvü bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 15 matçda 10 qol, 4 məhsuldar ötürmə müəllifi olub.