"Giro d'Italia" veloyürüşündə 9-cu mərhələ yekunlaşdı
“Giro d’Italia” veloyürüşündə mübarizə davam edir.
Sportline.az xəbər verir ki, turnirin 9-cu mərhələsində sloveniyalı Primoş Roqliç qalib olub.
“Giro d’Italia” veloyürüşünün 9-cu mərhələsində iştirakçılar 34.8 km məsafəni qət ediblər. Maraqlı mübarizə şəraitində keçən yarışın qalibi sloveniyalı Primoş Roqliç olub. O, finiş xəttinə 51 dəqiqə 52 saniyəyə çatıb. 2-ci pillədə belçikalı velosipedçi Viktor Kampenarts qərarlaşıb. O, liderdən 11 saniyə geri qalıb. İlk üçlüyü isə hollandiyalı Bauke Mollema tamamlayıb.
Ümumi sıralamada yerli idmançı Valerio Konti liderdir. Onun ən yaxın izləyicisi isə Primoş Roqliçdir. Fransalı Nans Peters isə 3-cü pillədə qərarlaşıb. Qeyd edək ki, “Giro d’Italia” veloyürüşü 21 mərhələdən ibarətdir. Yarışlara iyunun 2-də yekun vurulacaq.