"Giro d'Italia" velomarafonunda daha bir mərhələ keçirilib
“Giro d’Italia” velomarafonunda 2-ci mərhələ arxada qalıb.
Sportline.az xəbər verir ki, yarışın 2-ci mərhələsində velosipedçilər 205 km məsafə qət ediblər. Gərgin və maraqlı idman mübarizəsində keçən yürüşdə almaniyalı Paskal Akkerman qalib gəlib. O, 205 km məsafəni 4 saat 44 dəqiqə 43 saniyəyə qət edərək bütün rəqiblərini qabaqlayıb. İtaliyalı Elia Viviani 2-ci olub. Ilk 3-lüyü avstraliyalı Kaleb Evan tamamlayıb. Ilk mərhələnin qalibi olan sloveniyalı Primoj Roqliç finiş xəttini 27-ci keçib.
Amma buna baxmayaraq o, ümumi sıralamaya başçılıq edir. Roqliç ən yaxın rəqibi Saymon Yeytsi 19 saniyə qabaqlayır. Böyük Britaniyalı idmançı 2-ci mərhələni 33-cü sırada başa vurub. Ümumi sıralamada 3-cü yerdə italiyalı Vinçentso Nibali qərarlaşıb. O, liderdən 23 saniyə geridədir. Yerli idmançı 2-ci mərhələdə 32-ci nəticə göstərib. Kolumbiyalı Migel Anxel Lopes 4-cü, Hollandiyalı Tom Dyumolin 5-ci, polaşlı Rafal Mayka 6-cı yerdədir.