"Göztepe" "Çelsi"nin oyunçusunu heyətinə qatıb

Super Liqanın yeni klublarından olan "Göztepe" heyətini hücumçu ilə gücləndirib.

Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, İzmir klubu 21 yaşlı futbolçu Datro Fofananı icarə əsasında rənglərinə qatıb.

Tərəflər arasında 2024/2025 mövsümünün sonuna qədər razılıq əldə olunub.

Yaxın günlərdə rəsmi imzaların atılacağı bildirilib.

Qeyd edək ki, ötən mövsümün ikinci dövrəsini icarə əsasında "Börnli"də keçirən Fofana meydana çıxdığı 15 oyunda 4 qol vurub, 1 asist edib.