"Göztepe" klubu daha bir braziliyalı futbolçunu rənglərinə qatıb
Super Liqa klublarında "Göztepe" heyətini yarımmüdafiəçi ilə gücləndirib.
Sportline.az Ajansspor.com-a istinadla xəbər verir ki, İzmir klubu "Flamenqo"da çıxış edən Viktor Huqonu icarəyə götürüb.
20 yaşlı futbolçu ilə 1 illik müqavilə nəzərdə tutulub.
Bu mövsüm Braziliya A Seriyasında 22 oyuna çıxan Huqo məhsuldarlıq göstərməyib.
Qeyd edək ki, Huqo "Göztepe"nin heyətində 5-ci braziliyalı oyunçu olacaq.