"Göztepe"nin futbolçusu ciddi zədə alıb

Super Liqanın 7-ci həftəsində keçirilən "Samsunspor"-"Göztepe" matçının ilk dəqiqələrində İsaak Solet və Zeki Yavru baş-başa toqquşub.

Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, toqquşmadan sonra huşunu itirən Göztepeli futbolçu Solet təcili yardım maşını ilə xəstəxanaya yerləşdirilib. 

Xəbərdə bildirilir ki, 23 yaşlı futbolçunu özunə gətirilib və vəziyyəti yaxşıdır.

Qeyd edək ki, görüşün ilk hissəsindən sonra hesab İzmir təmsilçisinin xeyrinədir.1-2