Güllə atıcılarımızın startı uğursuz alındı

Güllə atıcılığı üzrə seçmə komandamızın üzvləri Nigar Nəsirova və Ruslan Lunyov “Minsk 2019” II Avropa Oyunlarında debüt ediblər.

Sportline.az xəbər verir ki, onlar pnevmatik tapançadan 10 metr məsafəyə qarışıq komanda yarışında qüvvələrini sınayıblar. 27 cütlüyün mübarizə apardığı təsnifat mərhələsində Azərbaycan idmançıları 566 xalla 19-cu yeri tutublar.

Qeyd edək ki, ilk 8 yeri tutan komandalar növbəti raunda yüksəlib.