Gürcüstanlı futbolçu karyerasını Türkiyədə davam etdirəcək

Türkiyə 1-ci liqa təmsilçisi "Erzurumspor" gürcüstanlı futbolçu Quram Qiorbelidzeni heyətinə cəlb edib.

Sportline.az Ajansspor.com-a istinadla xəbər verir ki, 28 yaşlı futbolçu ilə Erzurum klubu arasında 1 illik müqavilə imzalanıb.

Sol cinah müdafiəçisi son olaraq Serbiyanın "Voyvodina" klubunda oynayıb. O, sabiq klubu ilə ötən mövsüm 16 oyun keçirib.

Qeyd edək ki, Qiorbelidze 11 dəfə Gürcüstan milli komandasının formasını geyinib.