Gyökeres “Arsenal” yolunda

"Arsenal" heyətini yeni futbolçu ilə gücləndirmək niyyətindədir.

Sportline.az insayder Fabritsio Romanonun məlumatına istinadən xəbər verir ki, "Sportinq"in futbolçusu Viktor Gyökeres London klubuna keçə bilər.

Portuqaliya çempionu 27 yaşlı forvard üçün 65 milyon avro tələb edir.

Qeyd edək ki, "Arsenal" Gyökeres üçün danışıqlara başlayıb.