Gyökeres "Sportinq"dən ayrılacaq
"Sportinq"in isveçli futbolçusu Viktor Gyökeres mövsümün sonunda klubdan ayrılacaq.
Sportline.az "El Nacional" nəşrinə istinadən xəbər verir ki, "Paris Sen-Jermen", "Arsenal" və "Barselona" Gyökeresin xidmətində maraqlıdır.
Portuqaliya klubunun rəhbərliyi 26 yaşlı hücumçu üçün 75 milyon avro tələb edir.
Qeyd edək ki, Gyökeres bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 43 matçda 43 qol və 11 asistlə yadda qalıb.
Onun "Sportinq"lə müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.