Haci millini çalışdıracaq

Futbol üzrə Rumıniya milli komandasının yeni baş məşqçisinin kimliyi bəlli olub.

Sportline.az xarici mediaya istinadla xəbər verir ki, baş məşqçi postuna əfsanəvi futbolçu Georgi Haci gətirilib.

O, bu vəzifədə bir neçə gün əvvəl vəfat edən təcrübəli mütəxəssis Mirça Luçeskunu əvəzləyib. 

Xarici KİV-in yazdığına görə, Haci ilə bağlı qərar Rumıniya Futbol Federasiyasının prezidenti Razvan Burleanunun iştirakı ilə bu gün keçiriləcək mətbuat konfrasında açıqlanacaq.