Hakan Çalxanoğluna yeni təklif
“Milan” klubu Hakan Çalhanoğluna yeni müqavilə təklif etməyə hazırlaşır.
Sportline.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi razılaşmanı imzalayacağı təqdirdə İtaliya klubunda illik 3,5 milyon avro qazanacaq.
Türkiyəli futbolçunun isə, bundan iki dəfə çox maaş tələb etdiyi bildirilir.
Qeyd edək ki, bu mövsüm “Milan”ın heyətində 22 oyuna çıxan Çalhanoğlu, 6 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.
Onun klubla hazırkı müqaviləsinin müddəti 2021-ci ilin yayında başa çatır.