Hakim futbolçunu təpiklə vurub meydandan qovdu
Fransa I Liqasında keçirilən "Nant" - PSJ görüşü maraqlı hadisə ilə yadda qalıb.
SportLine.az xəbər verir ki, oynun sonlarında meydan sahiblərinin futbolçusu Diyeqo Karlos müdafiəyə köməyə gedərkən təsadüfən hakimə toxunub. Nəticədə, hakim Toni Şapron yıxılıb. Hakim bunu qəsdən edilmiş hərəkət kimi dəyərləndirib və futbolçuya təpik atıb. Ardınca oyunçuya ikinci sarı vərəqəni göstərən T.Şapron onu meydandan qovub.