Hakimi ən sürətli futbolçudur

"Borussiya"nın (Dortmund) futbolçusu Əşrəf Hakimi Almaniya Bundesliqasının ən sürətli oyunçularının siyahısına başçılıq edir.

Sportline.az goal.com-a istinadən xəbər verir ki, o, çempionatın 20-ci turunda "Union"la matçda (5:0) 36.49 km/saat sürəti ilə seçilib. Bildirilib ki, bununla da o, bundan əvvəl özünə məxsus olan 36.20 km/saat olan rekordunu daha da yaxşılaşdırıb.

2011-ci ildə statistikasına başlanılan Bundesliqanın ən sürətli oyunçularının "TOP-10"u

1. Əşrəf Hakimi (36.49 km/saat)
2. Rabbi Matondo (35.97 km/saat)
3. Kinqsli Exizibu (35.85 km/saat)
4. Kinqsli Koman (35.66 km /saat)
5. Cerri Sen-Cyust (35.60 km/saat)
6. Fabian Conson (35.50 km/saat)
7. Pyer-Emerik Obameyanq (35.44 km/saat)
8. Şeraldo Bekker (35.43 km/saat)
9. Lukas Klyunter (35.40 km/saat)
10. Artyom Rudnev (35.39 km/saat)
10. Yan Rozental (35.39 km/saat)

Qeyd edək ki, Ə. Hakimi müqavilə ilə "Real" məxsusdur.