Hakimlərimiz koronavirus testindən keçdilər

Azərbaycan Premyer Liqası oyunlarını idarə edən hakimlər koronavirus (COVID-19) testindən keçiblər. 

Sportline.az xəbər verir ki, onlar milli assosiasiyanın təşkilatçılığı ilə AFFA Futbol Akademiyasında yoxlamadan keçiblər. Ədalət təmsilçilərindən qan analizi götürülüb və hərarətləri yoxlanılıb. 

Qeyd edək ki, Azərbaycan Premyer Liqası martın 13-də koronavirus pandemiyası səbəbindən yarımçıq dayandırılıb. Peşəkar Futbol Liqası daha əvvəl mayın 4-də ölkədə karantin rejimi ləğv olunacağı halda, mayın 21-də I Divizionun, mayın 23-də isə Premyer Liqanın bərpasının nəzərdə tutulduğunu açıqlayıb. Amma karantin rejiminin mayın 31-dək uzadılması futbola tətbiq olunan qadağanın qüvvədə qalmasına səbəb olub.