Hakimlərimiz üçün daha 3 oyun

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan hakimlərimiz bu gün 3 oyunda idarəçilik edəcəklər.
SportLine.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, FİFA referisi Rəhim Həsənov "Neftçi"nin Rusiyanın "Tosno" klubu ilə oyununa təyinat alıb.

17 yanvar

“Tosno” (Rusiya) – “Neftçi” (Azərbaycan)
Hakimlər:
 Rəhim Həsənov, Vaqif Musayev, Namiq Hüseynov

“Akjayık” (Qazaxıstan) – “Almalık” (Özbəkistan)
Hakimlər:
 Elvin Əsgərov, Rza Məmmədov, Yaşar Abbasov

“Şəmkir” (Azərbaycan) – “Okjetpes” (Qazaxıstan)
Hakimlər
: Emin Nağıbəyov, Mübariz Haşımov, Mehman Mamudov