Halaand: “Hazırda futbol haqqında düşünmürəm”

“Mançester Siti”nin norveçli futbolçusu Erlinq Haaland maraqlı açıqlaması ilə gündəmə gəlib.

Sportline.az xəbər verir ki, “TNT Sports”a müsahibə verən Haaland bu fikirləri səsləndirib;

“Qarşıdan yeni il gəlir. Hazırda futbolu düşünmürəm. Çünki istirahətə ehtiyacım var. 2024-cü il çox yorucu keçdi. Yaxşı dincəldikdən sonra 2025-ci ilə əla start vermək istəyirəm”, - deyə E.Haaland bildirib.

Qeyd edək ki, Haaland bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 26 matçda 19 qol və 1 asistlə yadda qalıb.