Hansi Flik Dekoya meksikalı oyunçunun transferini tələb edib

“Barselona”nın baş məşqçisi Hansi Flikin klubun idman direktoru Deko ilə əlaqə saxlayaraq gənc meksikalı istedad Qilberto Moranın mümkün qədər tez transfer edilməsini istədiyi bildirilir.  

Sportline.az xəbər verir ki, 17 yaşı olan Mora futbol ictimaiyyətində “meksikalı Pedri” ləqəbi ilə tanınır və son dövrlərdə göstərdiyi performansla Avropanın aparıcı klublarının diqqətini cəlb edib.  

Bu barədə “Mundo Deportivo” nəşri məlumat yayıb.

Mənbənin məlumatına əsasən Flik gənc yarımmüdafiəçini gələcəyin vacib layihələrindən biri hesab edir və onun transferinin gecikdirilməməsini istəyir.  

“Barselona”nın Qilberto Mora uğrunda yaxın günlərdə daha konkret addımlar atacağı gözlənilir.  

Qeyd edək ki, 17 yaşlı Mora Meksikanın “Klub Tijuana” klubunda çıxış edir. O ötən mövsüm çıxdığı 20 matçda 6 qol 1 asistlə yadda qalıb.

Müqavilə müddəti 2029-cu ilədək qüvvədədir. Transfer dəyəri isə 10 milyon avro təşkil edir.

Banner