Hansi Flik "El-Klassiko"da olmayacaq

İspaniya Kral Futbol Federasiyasının (RFEF) İntizam Komitəsi “Barselona”nın etirazını rədd edib.

Sportline.az xəbər verir ki, Kataloniya təmsilçisinin baş məşqçisi Hans Flikin La Liqanın 9-cu turunda “Jirona” ilə qarşılaşmada (2:1) aldığı qırmızı vərəqənin ləğvi ilə bağlı müraciəti qəbul olunmayıb.

Nəticədə Flikə tətbiq olunan bir matçlıq diskvalifikasiya qüvvədə saxlanılıb.

Qeyd edək ki, "Real Madrid" - "Barselona" matçı 26 oktyabr Bakı vaxtı ilə saat 19:15-də başlanacaq.