Harri Maquayr karyerasını İspaniya nəhəngində davam etdirəcək
"Mançester Yunayted"in ingiltərəli müdafiəçisi Harri Maquayr yanvar ayında klubdan ayrıla bilər.
Sportline.az xəbər verir ki, "Real Madrid"in rəhbərliyi 32 yaşlı stopperi heyətinə qatmağı planlaşdırır.
Bu haqda "Fichajes" nəşri məlumat yayıb.
Qeyd edək ki, H.Maquayr cari mövsüm meydana çıxdığı 9 matçda 2 qol, 1 asistlə yadda qalıb.