Harvi Elliot MLS-də çıxış etməyə yaxındır
"Aston Villa"da icarə əsasında çıxış edən Harvi Elliot karyerasını ABŞ-da davam etdirə bilər.
Sportline.az "Football İnsider" nəşrinə istinadən xəbər verir ki, MLS klubları 22 yaşlı yarımmüdafiəçi ilə yaxından maraqlanır.
İngiltərə U-21 millisinin üzvü müqavilə əsasında "Liverpul"a məxsusdur.
Qeyd edək ki, Elliotun transfer qiyməti 40 milyon avrodur.