Həbib döyüşə nə vaxt hazırlaşacaq?

Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə rusiyalı kəmər sahibi Həbib Nurməhəmmədovun ABŞ təmsilçisi Castin Geyci ilə görüşdən əvvəl təlim-məşq toplanışına başlayacağı vaxt açıqlanıb. 

Sportline.az xəbər verir ki, bu barədə TASS-a dağıstanlı idmançının meneceri Rizvan Maqomedov məlumat verib.

O, Nurməhəmmədovun sentyabrın 10-da Dubaya gedəcəyini bildirib. Maqomedov məşqçi Xavyer Mendesin də döyüşçü ilə birlikdə olacağını sözlərinə əlavə edib. 

Qeyd edək ki, Həbib Nurməhəmmədov və Castin Geyci arasındakı görüş oktyabrın 24-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu Dabidə UFC 254 turniri zamanı gerçəkləşəcək.