Həbib Nurmaqomedov Çempionlar Liqasında
UFC-nin sabiq çempionu Həbib Nurmaqomedov futbola sevgisi ilə də tanınır.
Sportline.az xəbər verir ki, dağıstanlı idmançı PSJ-nin azarkeşlərindəndir.
O, Paris təmsilçisinin ötəngecəki oyununu da tribunadan izləyib.
"Liverpul" üzərindəki qələbənin canlı şahidi olan Nurmaqomedov sosial şəbəkədə PSJ-nin prezidenti Nasser Əl-Xelaifi ilə fotosunu da paylaşıb.
Xatırladaq ki, PSJ Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab matçında "Liverpul"u penaltilər seriyasında üstələyib.