Həbib rəqibinin kəmərinə təpik atdı

Les-Veqasda UFC çempionu Həbib Nurmaqamedovla sabiq çempion Toni Fergüsonun döyüşü ilə əlaqədar mətbuat konfransı keçirilib.

Sportline.az xəbər verir ki, mətbuat konfransından sonra idmançılar arasında ənənəvi olaraq baxış dueli təşkil edilib. Bu zaman hər iki döyüşçü arasında gərginlik yaşanıb. Bundan sonra Fergusson 2017-ci ildə qazandığı UFC kəmərini döşəməyə qoyub və Həbibə nəsə deməyə başlayıb. Dağıstanlı idmançı bu zaman kəmərə təpiklə vurub. Bu zaman mühafizəçilər dava olmaması üçün Fergüsonu tutublar.