Həbib yenidən diqqət mərkəzində
Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə rusiyalı kəmər sahibi Həbib Nurməhəmmədov atasının ölümündən sonra karyerasını başa vurmaq barədə düşünüb.
Sportline.az "Sport-express"ə istinadən xəbər verir ki, 32 yaşlı idmançı bu barədə Moskvada keçirdiyi mətbuat konfransında məlumat verib.
Nurməhəmmədov həmin an onun üçün başqa döyüş təyin olunduğunu bildirib.
O, hazırda həmin görüşə hazırlaşdığını vurğulayıb: "Uzunmüddətli planlar qurmuram. 31 yaşım var və sentyabrda 32 olacaq. Bu, idmançı üçün inanılmaz yaş deyil, artıq yeni başlayan döyüşçü deyiləm. Bu idman növündə nə qədər vaxt keçirdiyimə baxsanız, deyə bilərəm ki, mən artıq veteranam, 12 il və UFC-də 8 il peşəkar səviyyədə çıxış etmişəm. Təqaüdə çıxmaq qərarına gəlsəm də, geridə çox yaxşı karyera qoyacağam. Amma indi yaxşı motivasiya olmuşam, döyüşmək istəyirəm. Sonra nələr olacağını görəcəyik".
Qeyd edək ki, Həbib Nurməhəmmədov və Castin Geyci arasındakı görüş oktyabrın 24-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu Dabidə UFC 254 turniri zamanı gerçəkləşəcək. İyulun 3-də Həbib Nurməhəmmədovun atası və məşqçisi Abdulmanap Nurməhəmmədov dünyasını dəyişib.