Həbibin atası oğlunun sərvətini açıqladı

Yüngül çəkidə UFC çempionu Həbib Nurməhəmmədovun atası Abdulmanap Nurməhəmmədov oğlunun sərvətini açıqlayıb.

Sportline.az Rusiya mətbuatına istinadən xəbər verir ki, o, Həbibin təcrübə baxımından varlı adam olduğunu söyləyib:

“Pulu nə qədərdir? Dünyada daha çox pulu olan adamlar var. Oğlumun sərvəti isə 100 milyon dollara yaxındır”.