Həbibin karyerası barədə son məlumat
Rusiya mediasında yüngül çəkidə UFC çempionu Həbib Nurmaqomedovun atasının ölümünə görə karyerasını bitirə biləcəyi barədə məlumatlar yayılıb.
Sportline.az xəbər verir ki, məlumat Həbib Nurmaqomedovun meneceri Əli Əbdül-Əzizə istinadən yayılıb.
Lakin o, tezliklə Tvitterdəki səhifəsində açıqlama yayaraq bu məlumatları təkzib edib.
"Rusiyanın bəzi KİV-ləri guya mənim Həbibin karyerasını bitirdiyini dediyimi yazıblar. Bu, ağ yalandır. Həbib atasının ölümünə kədərlənir. İstəyirəm ki, hamı bu vəziyyətə hörmətlə yanaşsın və yanlış xəbərlər verməsin”, - deyə Əbdül-Əziz qeyd edib.
Xatırladaq ki, döyüşçünün atası və məşqçisi olmuş Abdulmanap Nurmaqomedov iyulun 3-də koronavirus infeksiyasından dünyasını dəyişib.