Həbibin növbəti döyüşü nə vaxt olacaq?

UFC çempionu Həbib Nurmaqomedovun Castin Geyci ilə döyüşünün dəqiq vaxtı açıqlanıb.

Sportline.az xəbər verir ki, bu barədə dağıstanlı idmançının meneceri Ali Abdel-Aziz Rusiya mətbuatına açıqlamasında məlumat verib. O, görüşün sentyabrın 19-da Abu-Dabidə keçiriləcəyini deyib.

Qeyd edək ki, ABŞ təmsilçisi Castin Geyci yüngül çəkidə müvəqqəti çempionluq titulunun sahibidir. O, mayda həmyerlisi Toni Ferqyusonu məğlub edib. 31 yaşlı idmançı keçirdiyi görüşlər ərzində 22 qələbə qazanıb, 2 dəfə məğlub olub. Nurmaqomedov isə 28 qarşılaşmanın heç birində uduzmayıb.