"Heç kim bizdən bu uğuru gözləmirdi" - Raca Nainqqolan
"Heç kim bizim bu qrupdan çıxacağımızı düşünmürdü. Amma biz nəinki qrup mərhələsini adladıq, həm də lider olduq". SportLine.az xəbər verir ki, bu sözləri "Roma" klubunun futbolçusu Raca Nainqqolan "Qarabağ"la görüşdən sonra "beİN Sport"a açıqlamasında deyib.
Oyunun çətin keçdiyini deyən futbolçu, "Təkcə bu oyunda yox, bütün oyunlarda çətinliklə üzləşdik. Bu da gözlənilən idi. Bütün rəqiblərimiz güclü idi və "pley-off"a adlamaq əziyyət tələb edirdi".
Növbəti mərhələyə yüksələn digər komandalardan bixəbər olduğunu deyən belçikalı yarımmüdafiəçi, "1/8 finaldakı rəqibimiz barədə indidən nəsə deməkdə çətinlik çəkirəm. Amma bir məsələ dəqiqdir ki, işimiz daha çətin olacaq. Məqsədimiz sonadək mübarizə aparmaq və azarkeşlərimizi sevindirməkdir".