"Hesabdan razı qalmadım" - "Panatinaikos"un kapitanı
"Daha çox qol vurmağa layiq idik. Nəticədən razıyam, amma hesabdan razı qalmadım. Səfərə daha yaxşı nəticə ilə yollana bilərdik".
SportLine.az xəbər verir ki, bu sözləri "Panatinaikos"un kapitanı Karlos Zeka "Qəbələ" ilə görüşdən sonra (1:0) deyib.
Yunanıstan mətbuatına danışan futbolçu, "Hesabda üstünük, amma səfərdə bunu qorumaq üçün oynasaq, problemlə üzləşə bilərik. Buna görə də, Bakıdakı görüşə də qələbə üçün çıxacağıq”.
Qeyd edək ki, bu komandalar arasında cavab qarşılaşması avqustun 3-də Bakıda keçiriləcək.