Hüqo Ekitike ilə nəhəng klublar maraqlanır

"Ayntraxt"ın fransalı futbolçusu Hüqo Ekitike karyerasını İngiltərə Premyer Liqasında davam etdirməyə yaxındır.

Sportline.az "Anfield Watch" nəşrinə istinadən xəbər verir ki, "Liverpul", "Mançester Yunayted" və "Arsenal" Ekitikeni transfer etmək üçün yarışa girib.

22 yaşlı hücumçunun "Ayntraxt"la müqaviləsi 2029-cu ilin iyun ayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Ekitikenin transfer qiyməti 60 milyon avro olaraq təyin olunub.

O cari mövsüm çıxış etdiyi 40 matçda 19 qol və 8 məhsuldar ötürmə müəllifi olub.