I Divizionda fasilə başa çatır

Azərbaycan I Divizionunda qış fasiləsi başa çatır. SportLine.az xəbər verir ki, PFL XIV turun oyun cədvəlini açıqlayıb.

Tura fevralın 1-də, çərşənbə günü Mingəçevir və Ağsuda start veriləcək. “Energetik” MOİK-i, “Ağsu” isə “Bakılı”nı qəbul edəcək. Görüşlər saat 14:00-da başlayacaq.

Son matç isə Bakıda keçiriləcək. “Səbail” “Bayıl Arena”da “Mil-Muğan”la oynayacaq.

Birinci divizion
XIV tur


1 fevral (çərşənbə)

“Ağsu” – “Bakılı”
Ağsu şəhər stadionu, 14:00

“Energetik” – MOİK
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu, 14:00

“Şərurspor” – “Şəmkir”
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu, 15:00

2 fevral (cümə axşamı)

“Turan Tovuz” – “Rəvan”
Tovuz şəhər stadionu, 14:00

“Şahdağ” – “Zaqatala”
Şövkət Orduxanov adına Qusar şəhər stadionu, 14:00

“Göyəzən” – “Qaradağ Lökbatan”
Qazax şəhər stadionu, 14:00

“Səbail” – “Mil-Muğan”
“Bayıl Arena”, 19:00

Banner