I Divizionda püşk atıldı
Futbol üzrə Azərbaycan I Divizionunda 2017/2018-ci illər mövsümünün püşkatma mərasimi keçirilib.
SportLine.az Peşəkar Futbol Liqasının saytına istinadən xəbər verir ki, cari mövsüm aşağı liqada 10 komanda mübarizə aparır ki, onlardan 4-ü - “Şüvəlan”, “Binə”, “Xəzər” və “Sabah” çempionatın debütantlarıdır.
İlk turda aşağıdakı komandalar üz-üzə gələcək:
“Xəzər” - “Mil-Muğan”
“Turan-Tovuz” - “Şüvəlan”
“Ağsu” - “Zaqatala”
MOİK - “Qaradağ-Lökbatan”
“Sabah” - “Binə”
Qeyd edək ki, mövsümün açılış turu oktyabrın əvvəlində oynanılacaq.