İbra "Milan"ı tərk edir

“Bolonya”nın baş məşqçisi Sinişa Mixayloviç bildirib ki, Zlatan İbrahimoviç mövsüm sonu “Milan”ı tərk edəcək.

Sportline.az xəbər verir ki, bu haqda serbiyalı mütəxəssis İtaliya mətbuatına müsahibəsində deyib.

“Zlatan bir neçə gün əvvəl mənə zəng etdi. Baxaq görək, o, yayda hansı qərarı verir. Dəqiq bilirəm ki, o, “Milan”da qalmayacaq. Ya bizim komandaya keçəcək, ya da İsveçə qayıdacaq” – deyə o bildirib.

Xatırladaq ki, İbrahimoviç “Milan”a bu mövsüm qayıdıb. Onun klubla müqaviləsi yayda başa çatır.