İbrahim Şehiçin toyu olub

"Qarabağ"ın sabiq qapıçısı İbrahim Şehiç ailə həyatı qurub.

Sportline.az xəbər verir ki, uzun müddətdir sevgili olduğu Məryəm Tüfəkçi adlı xanımla evlənən bosniya və herseqovinalı futbolçunun toyu Sarayevoda olub.

Hazırda Türkiyədə "Ərzurumspor"un formasını geyinən Şehiçin toyunda tanınmış rejissor Haris Dubitsa və qolkiperin "Jelezniçar"dan sabiq komanda yoldaşı Edin Çoçaliç də iştirak edib.

Qeyd edək ki, "Qarabağ" Şehiçi geri qaytarmaq üçün "Ərzurumspor"la danışıq aparır.